BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” Şirkət Qrupunun təşəbbüsü ilə çəkilən “Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filmi ictimaiyyətə təqdim edilib

31.05.2018

Mayın 30-da Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filminin təqimatı olub.

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə “Veysəloğlu” Şirkətlər Qrupunun təşəbbüsü və “Cinealliance” kino şirkətinin yaradıcı komandasının ərsəyə gətirdiyi Cümhuriyyətin 9 şəkli bədii-sənədli filminin təqdimat mərasiminə ölkənin bir çox tanınmış şəxsləri qatılıb. Mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, incəsənət xadimləri, KİV nümayəndələri və “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbər heyəti iştirak ediblər.

 “Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filminin ssenaristi Orxan Fikrətoğlu, rejissoru Elxan Cəfərov, baş prodüseri Əliağa Məmmədovdur.

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupunun maliyyə dəstəyi və təşəbbüsü ilə ərsəyə gələn “Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filmində baş rolu Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayev ifa edib.

Filmin süjet xətti baş verənlərin tarixçi, salnaməçi baxışından deyil, bir sıravi əsgər baxışından açıqlanmasıdır. Filmdə Qafqaz İslam Ordusunun sıravisi və eyni zamanda fotoqrafı olmuş əsgərin illər kecəndən sonra belə ailəsində yaşanan ideoloji muhiti yaratmasından bəhs edilir.

Filmdə həmçinin o dövrdə baş verən mühüm hadisələri özündə əks etdirən doqquz şəkil canlanır. Bu şəkillər vasitəsi ilə Azərbaycan Demokratik Respublikasının doqquz fərqli sahədə əldə edə bildiyi uğurlar gündəmə gətirilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir.

Vizual mətnin əsas mesajı iki illik mohtəşəm tarixi bir insanın duşuncə süzgəcindən kecirə bilməsi, bugünkü tamaşaçıya bəsit dəlillərlə və cox sadə bir dildə tarixin catdırılmasıdır. O möhtəşəm iki ildə dovlət quruculuğu prosesinin bir cox sahələrə uğurla şaxələnməsi, hüquq-mühafizə, məhkəmə, bank, poçt-teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş uğurlar xususi olaraq filmdə vurğulanır.

Aktyor oyunu, bədii mətnlə müşayiət olunan foto və video arxivlə bərabər, rəsm cizgilərinin anidən canlanması və digər mənbəyə fokuslanması Azərbaycan kinosu ücün yeni bir sintez mədəniyyəti formalaşdırır.

Film baba ilə nəvənin timsalında iki müxtəlif baxış bucağının iki müxtəlif yaş nəslinin Azərbaycan Demokratik Respublikasına olan oxşar münasibətidir. Hər iki nəsil öz şanlı tarixinə hörmət edir. Olanları yüksək dəyərləndirir. Ancaq belə bir ideoloji mühit vətənə bağlı əsgər yetişdirə bilər. Necə ki, filmin qəhrəmanı olan uşaq belə bir ideoloji mühitdə əsgər olmaq arzusu ilə böyüyür.