BAĞLA
site by dream@rt
 

Veysəloğlu Qrupun dəstək olduğu fiziki məhdudiyyətli gənc medal qazandı

15.10.2018

Oktaybrın 14-də Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Poverliftinq idman növü üzrə Respublika çempionatı keçirilib. Gəncə şəhərində baş tutan yarışda “Veysəloğlu” Şirkətlər Qrupunun dəstək olduğu idmançı Azər Əlizadə də qüvvəsini sınayıb. Belə ki, fiziki məhdudiyyətli gəncimiz yarışda yalnız bir rəqibindən geri qalıb və beləliklə Respublika çempionatını gümüş medalla başa vurub.

“Veysəloğlu” Şirkətlər Qrupu adından Azər Əlizadəni təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!