BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” Qrup Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

21.03.2019

“Veysəloğlu” Şirkətlər Qrupu Novruz bayramı ərəfəsində özünün Korporativ Sosial
Məsuliyyət (KSM) proqramı çərçivəsində aztəminatlı ailələr və sosial qayğıya ehtiyacı olan
vətəndaşlarla görüş keçirib. Belə ki, “Veysəloğlu” Qrupa daxil olan “Veysəloğlu” MMC, Ulduz
şokolad fabriki, Araz Supermarketlər şəbəkəsi, həmçinin OBA marketlər şəbəkəsi Qızıl Aypara
Cəmiyyəti, “Müharibə, Əmək və Silahlı Qüvvələr” İctimai Birliyinin Nizami rayonu, “Əlil və
Veteranlar” İctimai Birliyinin Abşeron rayonu, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və
Şəhid Ailələri” İctimai Birliyinin Nizami və Yasamal rayonu bölmələri, “Bakı Müharibə Əlil və
Veteranlar” İctimai Birliyinin üzvləri, Binəqədi və Nizami Rayonu İcra Hakimiyyətinin
qeydiyyatında olan bir qrup veteranlara, şəhid və aztəminatlı ailələrə müxtəlif ərzaq
məhsullarından ibarət bayram sovqatı təqdim edib. Görüşlər Araz Supermarketlər və OBA
marketlər şəbəkələrinin qarşısında baş tutub.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu ənənəvi olaraq bütün bayramlarda 500-ə yaxın
sosial qayğıya ehtiyacı olan ailələrlə görüş keçirir, onları bayram ərzağı ilə təmin edir.