BAĞLA
site by dream@rt
 

“Veysəloğlu”nun dəstəyi ilə şəhid və müharibə əlillərinin övladları üçün ödənişsiz “Veb Dizayn” kursu başladı

30.11.2018

Veysəloğlu” şirkətlər qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətində “İstedadlı gənc” proqramı çərçivəsində yeni layihəyə start verib. Belə ki, şirkət Qarabağ müharibəsində və aprel döyüşlərində şəhid olan, həmçinin əlillik dərəcəsi alan şəxslərin övladları, eyni zamanda ailə üzvləri üçün sosial layihə olaraq, 3 aylıq “Veb Dizayn" (saytın layihələnməsi, yaradılması və idarəedilməsi) layihəsini təşkil edib. Layihədə yaşı 17-25 aralığında olan 10 nəfər Qarabağ və aprel şəhidinin övladı, eləcə də qohumları iştirak edirlər.

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupunun təşəbbəüsü və təşkilatçılığı, “Peşəyönümlü təhsilin inkişafına yardım” İctimai Birliyinin tərəfdaşlığı ilə 48 saatlıq proqram əsasında təşkil olunan kursu bitirən gənclərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatı təqdim ediləcək. Dərslər nazirliyin “Elektron Hökumət Təlim-Tədris Mərkəzin”də keçirilir.

“Veysəloğlu” Şirkətlər Qrupunun "Veb Dizayn" kimi kursları təşkil etməkdə məqsədi bu sahəyə marağı olan gənclərin bilik və bacarıqlarını artırmaq, peşəkar səviyyəyə çatdırmaq, habelə kursu bitirərək iş tapmalarına yardımçı olmaqdır.