BAĞLA
site by dream@rt
 

SABAH Qruplarının tələbələri “Ulduz”şokolad fabrikində

05.06.2018

İyunun 1-də Təhsil Nazirliyinin SABAH Qruplarının tələbələri “Ulduz” şokolad fabrikində ekskursiyada olublar. Ekskursiya zamanı müxtəlif universitetlərdə təhsil alan tələbələrə “Ulduz” şokolad fabrikinin yaranma tarixi və istehsal prosesi haqqında ətraflı məlumat verilib. Daha sonra tələbələr şokoladın hazırlanması və qablaşdırılmasını canlı şəkildə izləyərək məlumat bazalarını genişləndiriblər.

Həmçinin tələbələrə hazırlanan şokolad məhsullarından yerindəcə dadmaq şəraiti də yaradılıb. Sonda gənclərə “Ulduz” şokolad fabrikinin məhsulları hədiyyə olunub. 

Qeyd edək ki, Avropanın ən müasir avadanlığı ilə təchiz olunmuş fabrikdə istehsal edilən məhsullar ümumilikdə dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq, ölkəmizi qida sektorunda layiqincə təmsil edir.