BAĞLA
site by dream@rt
 

“Veysəloğlu Qrupun” sponsorluq etdiyi şahmahtçı Avropada uğura imza atdı

30.08.2018

Latviyada yeniyetmə şahmatçılar arasında keçirilən Avropa çempionatına yekun vurulub. Riqa şəhərində təşkil olunan qitə birinciliyndə Veysəloğlu Qrupun sponsorluq etdiyi şahmatçı Aydın Süleymanlı da iştirak edib. Belə ki, zəka sahibimiz 14 yaş kateqoriyasında 250 nəfər şahmatçı ilə yarışıb. Gərgin keçən mübarizənin sonunda Aydın Süleymanlı 6-cı yerə layiq görülüb.  Yarışda ilk 6 yeri tutan şahmatçılar medal və kuboklarla təltif olunublar.

Qeyd edək ki, Aydın Süleymanlı 2 qat Azərbaycan və 2 qat Avropa çempionu titulunun sahibidir.

Xatırladaq ki, korporativ sosial məsuliyyət layihələrinə xüsusi diqqətlə yanaşan Veysəloğlu Şirkətlər Qrupu daim idman və təhsilə dəstəyi ilə fərqlənib.