BAĞLA
site by dream@rt
 

İnsan Resursları Direktoru ilə təcrübəçilərin görüşü keçirilmişdir

21.05.2019

Hal-hazırda Veysəloğlu Şirkətlər Qrupuna daxil olan şirkətlərdə 4 universitetdən (Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Turizm və Menecment Universiteti) 31 nəfər tələbə müxtəlif ixtisaslar üzrə təcrübə keçirlər. Onlara şirkətlərin aparıcı mütəxəssisləri tərəfindən rəhbərlər təyin edilmiş, təcrübə proqramı hazırlanmış, təhsil müəssisələri ilə müqavilələr imzalanmış və təcrübə keçəcəkləri şöbələr müəyyən edilmişdir. Təcrübəçilərin fəaliyyəti ilə əlaqədar bütün proseslər Mərkəzi İnsan Resursları Direktorluğu və Təhsil müəssisələri ilə əlaqələr bölməsinin koordinasiyası ilə həyata keçirilir.

Təcrübənin sona çatması ilə əlaqədar olaraq 17 may 2019-cu il tarixində İnsan Resursları direktoru Təyyar Musatafayevlə təcrübəçilərin görüşü keçirilmişdir. Görüş zamanı tələbələr təşkil edilən təcrübə proqramına görə Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyinə öz təşəkkürlərini bildiriblər və proqramın onların karyera inkişafında əvəzsiz rol oynadığını xüsusi ilə qeyd ediblər. T.Mustafayev gənclərə gələcək karyeralarını Vesəloğlu Şirkətlər Qrupuna daxil olan şirkətlərdə davam etmələrini tövsiyyə etmiş və onlara uğurlar arzulamışdır. Görüşün sonunda tələbələrə şirkətin hədiyyələri təqdim olunmuş və xatirə şəkili çəkilmişdir.

Veysəloğlu Şirkətlər Qrupu təhsil layihələrinə daim dəstək verməklə təhsilalanların peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının, bilik və bacarıqlarının artırılmasını, habelə bu istiqamətdə müxtəlif tədbirlərin həyata keçirilməsini təmin edir.