BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” Şirkətlər Qrupu 700 bal toplayan abituriyentləri təbrik edib

13.09.2018

Bu gün “Veysəloğlu” Şirkətlər Qrupunda artıq ənənəvi hal almış ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı ən yüksək nəticə göstərərək 700 bal toplayan abituriyentlərlə növbəti görüş keçirilib. Şirkətlər qrupunun təlim-tədris mərkəzində baş tutan görüşdə şirkət rəhbərliyi, 700 bal toplayan 20-dən çox tələbə və onların valideynləri iştirak ediblər.

Tədbirdə iştirakçılara “Veysəloğlu” Şirkətlər Qrupunun fəaliyyəti barədə qısa məlumat verilib və videoçarx nümayiş etdirilib. Daha sonra “Veysəloğlu” Şirkətlər Qrupunun rəsmiləri çıxış edərək, yüksək bal toplayan abituriyentləri təbrik edib və  onlara yeni qəbul olduqları ali təhsil müəssisələrində daha böyük müvəffəqiyyətlər qazanmağı arzulayıblar.

Tədbirdə şirkətin korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən layihələr arasında təhsilə dəstək və tədrisin hər zaman öncül yer tutduğu vurğulanıb. Görüşdə həmçinin bildirilib ki, şirkət savadlı və özünü inkişaf etdirmək istəyən gənclərə karyera inkişafında daim dəstək verməyə hazırdır.