BAĞLA
site by dream@rt
 

Bu gün “Sporting” atıcılıq Mərkəzində Veysəloğlu Şirkətlər qrupunun təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş atıcılıq yarışı keçirilib.

25.06.2018

Veysəloğlu Qrupun 30-a yaxın əməkdaşının iştirak etdiyi yarışda hərəyə 6 güllə atmaq şansı verilib ki, ən çox hədəfi vuranlar yarımfinal mərhələsinə adlayıb. Yarımfinal mərhələsində ən çox hədəfi dəqiq nişan alan Daxili Nəzarət Departamentinin əməkdaşı Elsevər Qəhrəmanov çempion adını qazanıb. İkinci yerə Təsərrüfat və Ümumi işlər şöbəsinin müdiri Fərhad Məcidov layiq görülüb. Veysəloğlu MMC Kommersiya direktorluğundan Namiq Hüseynov isə üçüncü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş atıcılıq yarışının qalibləri pul mükafatı, sertifikat və medalla təltif olunub.