BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” Qrup Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə bayram sovqatı təqdim edib

28.12.2018

“Veysəloğlu” Şirkətlər Qrupu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı ərəfəsində özünün Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində sosial qayğıya ehtiyacı olan vətəndaşlarla görüş keçirib. Belə ki, Veysəloğlu Qrupa daxil olan “Araz” Supermarketlər şəbəkəsi, həmçinin “OBA” marketlər şəbəkəsi “Müharibə, Əmək və Silahlı Qüvvələr” İctimai Birliyinin Nizami rayonu, “Əlil və Veteranlar” İctimai Birliyinin Abşeron rayonu, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Nizami və Yasamal rayonu bölməsi, “Bakı Müharibə Əlil və Veteranlar” İctimai Birliyinin üzvləri, Binəqədi, eyni zamanda Nizami Rayonu İcra Hakimiyyətinin qeydiyyatında olan bir qrup veteranlara, şəhid və aztəminatlı ailələrə bayram sovqatı təqdim edib. Görüşlər “Araz” Supermarketlər və “OBA” marketlər şəbəkələrinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupu ənənəvi olaraq bayramlarda 500-ə yaxın sosial qayğıya ehtiyacı olan ailələrlə görüş keçirir, onları bayram münasibəti ilə təbrik edir.