BAĞLA
site by dream@rt
 

Veysəloğlu Şirkətlər Qrupunun təşkilatçılığı ilə şirkətin əməkdaşları arasında boulinq turniri keçirildi

13.08.2018

“Veysəloğlu” Şirkətlər qrupu işçilərin motivasiyasını gücləndirmək və daxili kommunikasiyanı şirkətlərarası işçi heyyəti ilə daha da yaxın etmək məqsədilə əyləncə xarakterli bir çox tədbirləri həyata keçirməkdədir.

Belə ki, avqustun 11-də şirkət işçiləri arasında  bouliq turnirinin ikinci turu keçirilib. İlkin mərhələdə 14 komanda yarımfinala çıxmaq üçün mübarizə aparıb. Aparılan gərgin oyun nəticəsində 3 komanda “Daxili Nəzarət”, “Maddi Vəsaitlər” və "Araz Açılış" komandaları  finalda “Oba” Satış komandası, "Veysəloğlu Qrup Marketinq" və  "CRM (Müştəri Münasibətlərinin idarəedilməsi)" komandaları ilə yarışıblar.  Sonda gərgin mübarizə nəticəsində ən çox xal toplayan 3 qalib komanda finala yüksəlib. “OBA” Satış komandası 714 xal, "Veysəloğlu Qrup Marketinq" 673 xal, "Veysəloğlu Qrup Daxili Nəzarət" 631 xal toplayıb.

Turnirin sonunda xal hesabı ilə ən yüksək nəticə göstərən 3 komandaya “Veysəloğlu” şirkətlər qrupu tərəfindən pul mükafatı, sertifikatlar  və ONTOP boulinq klubu tərəfindən hədiyyə kartlarları təqdim olunub. .

Qalib komandaları təbrik edirik!