BAĞLA
site by dream@rt
 

Veysəloğlu Futbol Liqası başladı

30.10.2018

Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi və təşkilatçılığı ilə mini futbol turniri start götürüb. Turnirdə Veysəloğlu MMC, Ulduz şokolad fabriki, AVT logistika, Araz supermarketlər və Oba marketlər şəbəkəsindən ibarət 32 komanda çempionluq uğrunda mübarizə aparır. Reqlamentə əsasən turnir qrup mərhələsi üzrə keçirilir və turnir cədvəlində ilk 2 yeri tutan komanda növbəti mərhələyə keçir. Bütün oyunlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hakimlər briqadası tərəfindən idarə olunur.

Turnirdə artıq qrup mərhələsinin oyunları başa çatıb. Belə ki, gərgin idman mübarizəsi şəraitində keçən matçlarda növbəti mərhələyə 16 komanda adlayıb. Bunlar SPM, Maddi Vəsait, Xonça, Anbar Ofis, Nestle, AVT Qarabağ, ReviZor, ETİ eksklüziv, AVT Logistika, Planlama, Veysəloğlu Mühasibatlıq, OBA Tornado, İnsan Resurları, Hasilat, İnventarizasiya və Ulduz komandalarıdır.

Qeyd edək ki, “play-off” mərhələsinin oyunları 04.11.2018-ci tarixdə baş tutacaq. Matçlar Olimpiya stadionunun yanında yerləşən Sportster meydançalarında keçiriləcək.

Turnirdə ilk 3 yeri qazanan komandalar kubok, medal, pul mükafatı və fəxri fərmanla təltif olunacaq. Bundan başqa çempionatın bombardiri, ən yaxşı qapıçısı, ən yaxşı müdafiəçisi və fair-play oyunçusu nominasiyası üzrə də mükafatlar təqdim olunacaq.

Xatırladaq ki, futbol turniri şirkətdaxili komunikasiyasının daha da inkişaf etdirilməsi, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması, Veysəloğlu Qrup işçilərinin asudə vaxtlarının səmərəli keçirilməsi, əməkdaşlar arasında xoş ünsiyyətin yaranması məqsədilə keçirilir.