BAĞLA
site by dream@rt
 

"Veysəloğlu mükafata layiq görüldü

18.06.2019

Bildiyiniz kimi şirkətlər qrupumuz KSM strategiyası çərçivəsində hər il ənənəvi olaraq “Bir damla qan, qurtarılan bir can” şüarı altında qanvermə aksiyası həyata keçirir. Əsas məqsədimiz hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq, bu xəstəlikdən əziyyət çəkənləri qanla təmin etməkdir. Qanvermə xeyriyyə askiyasını Bakı ilə yanaşı, lokal ofislərimizdə də həyata keçiririk. Sonuncu dəfə 14 iyun- “Beynəlxalq Donor” gününə həsr olunan qanvermə askiyamızdan sonra Səhiyyə Nazirliyi və Mərkəzi Qan bankı bu təşəbbümüzü yüksək qiymətləndirib. Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankının dəstəyi ilə Mingəçevir şəhərində təşkil olunan “Gənc Qan Donorlarının 3-cü Regional Forumunda” Şirkətimizə ölkəmizdə könüllü və təmənnasız qan donorluğunun inkişafı naminə göstərdiyi xidmətlərə görə təşəkkürnamə verildi. Bu sevincimizi Sizinlə bölüşmək istədik və qanvermə aksiyalarında könüllü olaraq iştirak edən əməkdaşlarımıza dərin təşəkkürümüzü bildiririk. Bu uğur Sizin uğurunuzdur.