BAĞLA
site by dream@rt

İnformasiyalar departamenti üzrə koordinator

Region: Bakı
Məvacib: Müsahibə əsasında
Tarix: 21.09.2017

CV GÖNDƏR

Tələblər: 

v  Ali təhsil (informasiya texnologiyaları, maliyyə sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir

v  Azərbaycan və rus dili yüksək,İngilis dili və Türk dili orta səviyyədə

v  Microsoft Office Proqramları (xüsusilə PowerPoint yüksək səviyyədə, Word, Excel, Outlook, Visio)

v  Layihə idarəetmə vasitələrində təcrübə üstünlük təşkil edir

v  Layihələrin koordinasiyası sahəsində 1-3 il iş təcrübəsi;

v  Layihə koordinatoru və ya layihə rəhbərinin köməkçisi olaraq layihələrdə iş təcrübəsi;

v  Yuxarı rəhbərlik üçün təqdimatların hazırlanmasında təcrübə;

v  Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları;

v  Problemləri kreativ şəkildə həll edə bilmək, kritik düşünə bilmək;

v  Komanda mərkəzli mühitdə müstəqil və məhsuldar bir üzv kimi fəaliyyət göstərmək bacarığı;

v  Dəyişən prioritetlərlə və birdən çox tapşırıqla eyni anda işləyə bilmək bacarığı;

v  Güclü planlaşdırma və təşkilati bacarıqlar; Konseptual düşüncə;

 

Vəzifə təlimatı: 

v  Layihələrin idarəedilməsi fəaliyyətlərini dəstəkləmək və əlaqələndirmək;

v  Əsas layihə üzvləri və qərar verici şəxslər ilə sıx təmasda olmaqla, proqram layihə menecerinə köməklik göstərmək və dəstəkləmək;

v  Layihələrin tərəqqisini izləmək və hesabatları hazırlamaq;

v  Layihə sənədlərini, planlarını və hesabatlarını hazırlamaq və saxlamaq;

v  CEO və yüksək səviyyəli rəhbərliyə təqdimatları hazırlamaq;

v  Nəzərdə tutulan mesajın hədəf kütləyə müvafiq olaraq çatdırılması üçün təqdimatları tərtib etmək;

v  Bir neçə tapşırıqla eyni anda çalışabilmək və nəzərdə tutulan vaxt ərzində yekunlaşdırmaq;

v  Müdriyyət tərəfindən tapşırılan vəzifəsinə aid digər öhdəlikləri yerinə yetirmək;

v  Daxili nizam-intizam qaydaları və iş prosedurlarına hörmətlə yanaşmaq və onlara riayət etmək

Maraqlanan namizədlər CV'lərini mövzu başlıq yerinə "Koordinator" yazmaqla

cv@veyseloglu.az mail ünvanına göndərə bilərlər.