BAĞLA
site by dream@rt

İnsan Resursları üzrə mütəxəssis

Region: Bakı
Məvacib: Müsahibə əsasında
Tarix: 20.11.2017

CV GÖNDƏR

İşin təsviri:

-        Şirkətin İnsan resursları siyasətinin həyata keçirilməsi;

-        İnsan resursları planlamasını həyata keçirmək, müəyyən edilmiş vakansiyalar üzrə iş elanlarını yerləşdirmək və namizədlərlə görüşlər həyata keçirilməsi;

-        Müsahibə nəticələrinin izlənilməsi, namizədlərə geridönüşlərin edilməsi, uyğun görülmüş namizədlərin işə başlaması prosesinin təqim edilməsi və adaptasiya təlimləri ilə bağlı məlumatlandırılması;

-        İşə qəbul və digər əməliyyat hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi

-        İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;

-        e-gov hökümət portalında əməliyyatların aparılması,  işçilərin giriş-çıxış və məzuniyyət əmrlərinin hazırlanması;

-        Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;

-        Davamiyyətin izlənilməsi, “Turnover” hesabatlarının hazırlanması və analizlərin edilməsi.

Namizədə qarşı tələblər:

-        Ali təhsil;

-        Əmək məcəlləsi üzrə biliklər;

-        MS Office proqramları üzrə biliklər;

-        Komanda işinə uyğunluq;

-        Yüksək ünsiyyət və analitik düşünmə bacarığı;

-        İş təcrübəsinin olması arzuolunandır.

İş Şərtləri:

-        Həftədə 5 iş günü, 09:00 – 18:00;

-        Nahar şirkət hesabına verilir;

-        Servis xidməti fəaliyyət göstərir.

 

Əmək haqqı müsahibə əsasında müəyyən olunacaqdır.

Maraqlanan şəxslərdən CV-lərini cv@veyseloglu.az ünvanına Mövzu yerində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etmək şərtilə göndərməkləri xahiş olunur.