05.06.2023Xeyriyyəçilik
Veysəloğlu Şirkətlər Qrupu “Qarabağ gecəsi” xeyriyyə konsertinin baş sponsorudur

Konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq çərçivəsində işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması ilə bağlı dəstəyini davam etdirir.

VŞQ iyunun 17-də Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçiriləcək “Qarabağ gecəsi” adlı xeyriyyə konsertinin baş sponsorudur.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertdə xalq artistləri, əməkdar artistlər, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış edəcəklər.

“Qarabağ gecəsi” adlı xeyriyyə konserti ilk dəfə olaraq ötən il iyunun 26-da Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunub. Bu konsertdən, sponsorlar və bilet satışından toplanan vəsait hesabına Şuşa şəhərində mədəniyyət müəssisələrindən birinə yüksək keyfiyyətli royalın alınması qərara alınıb.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək və cəmiyyət üçün dəyər yaratmaq Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir. 

25.05.2023Xeyriyyəçilik
“Veysəloğlu” Zəngilanın Ağalı kəndinə suvarma avtomobili ianə etdi


Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq çərçivəsində işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması ilə bağlı dəstəyini davam etdirir.

Bu dəfə Şirkətlər Qrupu Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Şərqi Zəngəzur İqtisadi Rayonuna suvarma avtomobili ianə edib. Suvarma avtomobili Zəngilanın Ağalı kəndində tarlaların suvarılması üçün istifadə ediləcəkdir.

Qeyd olunan nəqliyyat vasitəsinin təqdimat mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, VŞQ Müşahidə Şurasının sədri Aydın Talıbov, Qrup CEO Burak Dəniz, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qrupun yüksək rəhbərlik heyəti və media nümayəndələri iştirak edib.

VŞQ Müşahidə Şurasının sədri Aydın Talıbov Qarabağ Dirçəliş Fonduna işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi səylərə görə dərin minnətdarlığını bildirib:

“”Veysəloğlu” olaraq biz davamlı inkişafın birgə fəaliyyət tələb etdiyinə inanırıq. Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığımız vasitəsilə biz yenidənqurma prosesini sürətləndirmək üçün lazımi dəstək və resursları təmin etməklə nəzərəçarpacaq fərq yaratmağı hədəfləyirik".

Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev şirkətin bu təşəbbüsünün Qarabağın dirçəlişi prosesində mühüm bir dəyərə malik olduğunu bildirib. O, nümunəvi addıma görə şirkətin rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkürünü bildirib.

“Veysəloğlu Şirkətlər Qrupu ilk dəfə deyil ki, Fonda ianə edir. Daha öncə də işğaldan azad olunan ərazilərdə aparılan bərpa və quruculuq işlərinə töhfə vermək məqsədilə ianə edərək dəstək olublar. Şirkətin bu təşəbbüsü digərləri üçün örnək olmalıdır”,- deyə Qarabağ Dirçəliş Fondunun İdarə heyətinin sədri Rəhman Hacıyev çıxışı zamanı bildirib.

Suvarma avtomobilinin təqdimat mərasimi Şirkətlər Qrupuna məxsus “AVT Logistics”də keçirilib. Tədbir iştirakçıları eyni zamanda şirkətin quru və soyuq anbarlarını ziyarət ediblər.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir.

24.02.2023Xeyriyyəçilik
“Araz” və “OBA” mükafata layiq görülüb

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan 2 şirkət Korporativ Sosial Məsuliyyət layihələrində fəal iştirak etdiklərinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yüksək qiymətləndirilib.

Belə ki, 23 fevral tarixində baş tutan tədbirdə Araz” supermarketlər şəbəkəsi “Gənclərin  (20 yaşadək) məşğulluğunun  təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”“Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyalarında təltif olunub. 2022-ci il ərzində 3106 nəfər qadın, 1287 nəfər gənc (20 yaşına kimi) və 111 nəfər əlilliyi olan şəxs “Araz” tərəfindən işlə təmin edilib.

Həmin tədbirdə “OBA” marketlər şəbəkəsi  Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında birinciliyə layiq görülüb. Belə ki, 2022-ci il ərzində 373 nəfər müharibə iştirakçısı “OBA” tərəfindən işlə təmin olunub. Bundan əlavə, 2315 nəfər qadın və 403 nəfər gənc (20 yaşına kimi) “OBA” marketlər şəbəkəsində məşğulluğa cəlb olunub.

İnklüzivlik və bərabər imkanlar Veysəloğlu Şirkətlər Qrupu üçün prioritet istiqamətlərdəndir. Qeyd edək ki, Şirkətlər Qrupu eyni zamanda Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (QSGP – WEPs/Women Empowerment Principles) qoşulmaqla gender bərabərliyi üzrə öhdəliklər götürdüyünü bəyan edib.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır