- Haqqımızda
- Fəaliyyətimiz
- İnvestor Münasibətləri
- Media
- Karyera
- Cəmiyyətə dəyər yaratmaq
- Tenderlər
- Əlaqə
© 2023 Veysəloğlu Şirkətlər Qrupu
Developed by Virtual Azerbaijan
Müşahidə Şurasının sədri Aydın Talıbov Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini və səfir müavini Alberto Aura Gonzales ilə görüşüb. Görüşdə Meksikadan tropik meyvələrin idxalı, həmçinin Meksika mətbəxinə məxsus hazır qida məhsullarının alışına dair əməkdaşlıq imkanları müzakirə olunub.
Səfirlik rəsmiləri Azərbaycan ilə Meksika arasında iqtisadi-ticari münasibətlərin ümumi panoramı və inkişaf mərhələlərini təqdim ediblər. Bildirilib ki, son beş ildə hər iki ölkə arasında iqtisadi əlaqələrin həcmi iyirmi dəfədən çox artıb, əməkdaşlığın müstəvisi genişlənib.
Tərəflər gələcəkdə ticari əlaqələrin möhkəmləndirilməsində atılacaq qarşılıqlı strateji addımlar barədə fikir mübadiləsi aparıblar.