Fabrikimiz “A” dərəcəli sertifikata layiq görüldü

“Ulduz” Şokolad Fabriki qida təhlükəsizliyi baxımından qlobal standartlara cavab verən “BRC” sertifikatını qazanmaqla respublikamızda ilkə imza atıb. Böyük qürur hissi ilə bildiririk ki, fabrikimiz “A” dərəcəli sertifikata layiq görülüb.

Dünyanın ən çətin yoxlama sistemi olan BRC-nin ən yüksək dərəcəli “A” sertifikatını almaq üçün istənilən istehsalat müəssisəsi üç şərtə cavab verməlidir: qida təhlükəsizliyi, məhsulların yüksək keyfiyyəti və müəssisədəki bütün prosedurların Avropa Birliyi standartlarına uyğunluğu.

Beynəlxalq Qida Təhlükəsizliyini əhatə edən bu sertifikatın verdiyi üstünlüklərdən biri də odur ki, fabrikin xaricdəki partnyorlar və müştərilər arasındakı güvən və qida təhlükəsizliyi üzrə etibarını təmin edərək, ixracatı təşviq edir.