Meyvə-tərəvəz məhsullarını tarladan birbaşa mağaza rəflərinə gətiririk

“Tarladan süfrəyə” prinsipini əsas alaraq əhalinin etibarlı ərzaq təminatı və qida məhsullarından səmərəli istifadəsini dəstəkləyən təşəbbüsləri davam etdiririk.

Veysəloğu Şirkətlər Qrupu pərakəndə şirkətləri üçün meyvə-tərəvəzin birbaşa fermerdən alışını həyata keçirəcək Meyvə-Tərəvəz satınalma şirkəti təsis edib.

Şirkətin icraçı direktoru Emil Qarayev bildirib ki, müəssisənin yaradılmasında əsas məqsəd meyvə-tərəvəz məhsullarının birbaşa kənd təsərrüfatı subyektlərindən alışını təmin etmək və məhsulları tarladan “soyuq zəncir” standartlarını tətbiq etməklə keyfiyyətli və daha münasib qiymətə istehlakçılara çatdırmaqdır:

“Ölkəmizin iqtisadi rayonlarında bütün təsərrüfat sahələri üzrə məhsul dəyərləndirilməsi edərək kiçik kənd təsərrüfatı subyektlərinin iri həcmli məhsul təchizatçısına çevrilməsinə dəstək olmağı əsas götürmüşük. Məqsədimiz “Tarladan süfrəyə” prinsipi ilə tədarük zəncirini yaratmaq və məhsulların çatdırılma müddətini qısaldaraq rəflərə çıxarmaqdır”.

Bu təşəbbüs sayəsində yerli kənd təsərrüfatı subyektləri öz məhsullarını daha geniş satış şəbəkəsinə birbaşa təqdimetmə fürsəti əldə edəcəklər, həm də təbii, keyfiyyətli və münasib qiymətli məhsullar müştərilər üçün daha əlçatan olacaq.

Fermerlər öz məhsullarını təqdim etmək üçün şirkətin satınalma ofisinin +994559006774 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu aşağıdakı sahələrdə fəaliyyət göstərir: Topdan satış/distribusiya, pərakəndə, istehsalat, logistika.