Şahmatçımız Azərbaycanın 27-ci qrossmeysteri kimi adını idman tarixinə yazdırdı

Sponsor olduğumuz 16 yaşlı şahmatçı Aydın Süleymanlı Beynəxalq Şahmat Federasiyası (FIDE) tərəfindən qrossmeyster kimi təsdiq edilib. Bununla da şahmatçımız Azərbaycanın 27-ci qrossmeysteri kimi adını idman tarixinə yazmağı bacarıb.

Aydın Süleymanlı Avropa Dünya çempionatlarında, yeniyetmələr arasında keçirilən şahmat olimpiadalarında dəfələrlə qızıl medal qazanıb. Yeniyetmə şahmatçımız Rusiyada keçirilən “Aeroflot Open” turnirinin qalibi olaraq 1-ci yerə layiq görülüb, “İlin ən yaxşı gənc şahmatçısı” seçilib. Həmçinin Hindistanda 14 yaşadək şahmatçılar arasında keçirilən oyunda dünya çempionu olub, beynəlxalq dərəcəli şahmatçı normasını 4 dəfə yerinə yetirib.

On ildən artıqdır ki, korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq yüksək intellekt tələb edən şahmat idman növündə gənc idmançıların karyerasına dəstək göstərən Veysəloğlu Şirkətlər Qrupu şahmatçımızı növbəti uğuru münasibətilə ürəkdən təbrik edir, yeni qalibiyyətlər arzulayır!