Sentyabr ayı üzrə Pərakəndə İndeksini açıqladıq

Müştərilərimizin çox satın aldığı 4317 adda məhsulu nəzərə alaraq hazırladığımız aylıq pərakəndə satış indeksini növbəti ayın 6-cı iş günü ictimaiyyət və maliyyə qurumları ilə paylaşırıq. Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı hər kateqoriyaya satış miqdarlarına görə ağırlıq verilir. Nəticədə məhsulların orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.

“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin sentyabr ayında 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 7,7% artım müşahidə edilir. Belə ki, cari ilin sentyabr ayında ötən ilin sentyabr ayı ilə müqayisədə təzə qida məhsullarında (qısa müddətli istifadəyə yararlı istehlak məhsulları) 6,7%, qida və spirtsiz içkilərdə 9,5%, alkoqol və tütün məmulatlarında isə 5,8% artım olub.

27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox  əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.