RƏSSAMLARIN NƏZƏRİNƏ!

Sizi Veysəloğlu Şirkətlər Qrupu və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, “YAŞAT” Fondunun tərəfdaşlığı ilə 5-11 noyabr tarixində keçiriləcək “Qayıdış” adlı Qəhrəmanlara Dəstək sərgisində iştiraka dəvət edirik! MÖVZU SEÇİMİ SƏRBƏSTDİR!

Sərginin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş və mübarizə aparmış qəhrəmanlara və onların ailələrinə dəstək olmaqdır. Sərgidən əldə ediləcək gəlirin 70 faizi “YAŞAT” Fondunun, 30 faizi isə rəsm əsərlərinin müəlliflərinin hesabına köçürüləcək.

Sərgi çərçivəsində elan ediləcək müsabiqədə qaliblərə hər üç təşkilatın imzası olan diplomlar təqdim ediləcək.

Qiymətləndirilmə prosesi üçün nümayiş etdirmək istədiyiniz əsəri qayidisdesteksergisi@veyseloglu.az elektron poçt ünvanına adınızı, soyadınızı, əlaqə nömrənizi, əsərin ölçüsünü və təxmini qiymətini qeyd etməklə göndərə bilərsiniz. Rəsm əsərlərinin son satış qiymətləri əməkdar rəssam heyəti və sənətşünaslar tərəfindən təyin ediləcək.

ƏSƏRLƏRİN QƏBULU ÜÇÜN SON TARİX: 1 noyabr 2021-ci il