- Haqqımızda
- Fəaliyyətimiz
- İnvestor Münasibətləri
- Media
- Karyera
- Cəmiyyətə dəyər yaratmaq
- Tenderlər
- Əlaqə
© 2023 Veysəloğlu Şirkətlər Qrupu
Developed by Virtual Azerbaijan
27 ildir ki, hər bayramı xalqımız ilə birgə qeyd etməkdən qürur duyuruq. Bərəkət paylaşdıqca çoxalar. Dözümlülük, sevgi, hörmət, birlik və həmrəylik kimi vacib dəyərləri bölüşdüyümüz müqəddəs Ramazan və Qurban bayramları münasibəti ilə ənənəmizə sadiq qalaraq, 2021-ci ildə də Bakı, Sumqayıt şəhərləri və regionlarda yaşayan əhalinin həssas qruplarından olan nümayəndələrini, 170-dən çox Qarabağ qazisi, şəhid ailəsi və aztəminatlı ailəni ziyarət etdik, onlara bayram sovqatı təqdim edərək bayram sevinci yaşatdıq.
Veysəloğlu Şirkətlər Qrupu olaraq, yardımsevərliyin ümumi ictimai rifaha və cəmiyyətin bir-birinə mənəvi bağlılığının formalaşmasına müsbət təsir edəcəyinə inanır və bu məqsədlə korporativ sosial məsuliyyət layihəsi çərçivəsində əhəmiyyət kəsb edən addımlar atmağa davam edirik.