Şahmatçımızın növbəti uğuru

10 yaşlı Cahandar Azadəliyev daha bir uğuru ilə bizi sevindirdi. 9-15 oktyabrda keçirilən, 9 rayon və şəhərdən 100-dən çox məktəbli-şahmatçının mübarizə apardığı turnirin qalibi Veysəloğlu Şirkətlər Qrupu olaraq dəstək olduğumuz məktəbli Cahandar oldu.

Qeyd edək ki, bu şahmat turniri mərhum gənclər və idman naziri, görkəmli ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuşdu.

On ildən artıqdır ki, korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq yüksək intellekt tələb edən şahmat idman növündə gənc idmançıların karyerasına dəstək göstərən Veysəloğlu Şirkətlər Qrupunun bütün kollektivi şahmatçımızı qələbə münasibətilə ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayır!