- Haqqımızda
- Fəaliyyətimiz
- İnvestor Münasibətləri
- Media
- Karyera
- Cəmiyyətə dəyər yaratmaq
- Tenderlər
- Əlaqə
© 2023 Veysəloğlu Şirkətlər Qrupu
Developed by Virtual Azerbaijan
Gələcək nəslin inkişafı birbaşa onun sağlam qidalanmasından asılıdır. İnsanlar sağlam və fəal həyat tərzi keçirmək üçün istənilən vaxt kifayət miqdarda keyfiyyətli qida əldə edərsə, qida təhlükəsizliyi təmin olunmuş sayılar.
Əhaliyə təhlükəsiz və etibarlı qida məhsulları təqdim edən Veysəloğlu Şirkətlər Qrupunun əsas missiyası da budur: cəmiyyəti təmiz, sağlam və keyfiyyətli, eyni zamanda münasib qiymətə gündəlik istehlak malları ilə təmin etmək! Bu missiyadan çıxış edərək 2016-cı ildə yaradılan “Xonça” Fabriki sayəsində marketlərdəki satış sahələrində standart keyfiyyət və gigiyena təmin olunub. Belə ki, un məmulatları artıq marketlər daxilində deyil, yalnız mərkəzləşmiş qaydada donmuş və bişmiş məhsul şəklində istehsal edilir.
Şirniyyat və un məmulatlarının istehsalı, ət istehsalı və keytrinq xidməti əsas fəaliyyət istiqamətlərimizdir
Azərbaycan bazarında milli brendə çevrilən “Xonça” Fabrikində müxtəlif növ ətirli çörəklər, bulkalar, Şərq və Avropa mətbəxinə məxsus tort və şirniyyatlar original reseptlərlə hazırlanır. Uşaqlığımızı xatırladan “Abşeron” və “Nağıl” tortları buna ən gözəl nümunədir.
Paketli hazır məhsullarla süfrələrə ləzzət gətirən “Xonça” həm də ölkə bazarında qlütensiz və “Milföy” məhsullarını istehsal edən ilk müəssisələrdəndir. Fabrikin peşəkar mütəxəssisləri tərəfindən xüsusi resept və texnologiya ilə hazırlanan, zərif dada malik şirniyyatlar “Araz” və “Spar” supermarketlər şəbəkəsinin mağazalarında müştərilərə təqdim olunur.
“Xonça” Fabrikinin digər önəmli fəaliyyət istiqaməti yalnız yerli cins heyvanların ətindən istifadə etməklə həyata keçirilən ət emalıdır.
Heyvanların qəbulu zamanı dana əti cəmdəyinin maksimal xalis çəkisinin 210 kiloqram, qoyun əti cəmdəyinin isə 18 kiloqrama qədər olmasına diqqət edilir. Təzə ət emal olunaraq “Araz” və “Spar” supermarketlər şəbəkəsinin mağazalarında satışa çıxarılır.
“Xonça” hazırda 10 şirkətə korporativ keytrinq xidməti göstərir. Fabrik həm yerində istehsal və xidmət, həm də termoboks və birnəfərlik qablarda çatdırılma edir.
Sadəcə Abşeron rayonunun Məhəmmədi ərazisindəki mətbəx gündəlik 10.000 porsiya yemək hazırlamaq potensialına malikdir.
Məqsədimiz əhalini qida və ərzaq təhlükəsizliyi ilə təmin etməkdir
İstər inqrediyentlər, onların saxlanma və istifadə şərtləri, istərsə də yeməyin hazırlanması daxili Keyfiyyətə nəzarət departamenti tərəfindən daima yoxlanılır və hər gün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə nümunələr təqdim edilir.
“Xonça” Fabrikinin İstehsalat Departamentinin müdiri Rəhman Ələkbərov həm də beynəlxalq dərəcəli jüri, beynəlxalq dərəcəli usta, Milli Kulinariya Mərkəzinin üzvüdür. O, “Süfrə” jurnalına gözlənilən yeniliklərlə bağlı maraqlı məqamları açıqladı: “Hazırda “Xonça” Fabrikinin illik ümumi istehsal həcmi 8.000 tondur. 2022-ci ildə istehsal və satış dövriyyəsinin 60% artırılması nəzərdə tutulur. Bundan əlavə, növbəti ildə yeni texnologiyalardan istifadə və yeni sərmayələrin qoyuluşu planlaşdırılır. Fabrikimizdə yarı-bişmiş donmuş və tam bişmiş donmuş texnologiyalar tətbiq olunacaq ki, bu da marketlərdə müştərilərimizə məhsulları tam çeşidlə, qısa zaman ərzində, daha çevik və isti-isti çatdırmaq imkanı yaradacaq”.
Məhsulların hazırlanmasında keyfiyyətli xammal və inqrediyentlərdən istifadəsi və mövcud imkanları hesabına “Xonça” Fabriki əhalinin qida və ərzaq təhlükəsizliyi ilə təminatına öz töhfəsini verir.