- Haqqımızda
- Fəaliyyətimiz
- İnvestor Münasibətləri
- Media
- Karyera
- Cəmiyyətə dəyər yaratmaq
- Tenderlər
- Əlaqə
© 2023 Veysəloğlu Şirkətlər Qrupu
Developed by Virtual Azerbaijan
Azərbaycanın distribütorluq bazarının liderlərindən olan “Veysəloğlu” MMC istehsal və biznes proseslərini SAP S/4HANA platformasına keçirməklə fəaliyyətində rəqəmsallaşmanın rolunu əhəmiyyətli şəkildə artırdı!
Rəqəmsal layihə şirkətin logistika, daşınmaz əmlakın idarə edilməsi, satış və satınalma, istehsalat, insan resursları daxil olmaqla, bütün departamentlərini əhatə edir. Proqramın 24 modulunun eyni anda tətbiqi şirkətimizin bütün əməliyyat sistemlərinin etibarlı şəkildə işlədiyindən əmin olmağa, eləcə də biznesin aktiv şəkildə inkişaf etdiyini nəzərə almaqla, zəruri prosesləri tez və səmərəli şəkildə genişləndirməyə imkan verəcək.
SAP S/4HANA müəssisə resurslarının planlaşdırılması üzrə dünyada lider sistem olaraq ən uğurlu pərakəndəçilərin seçimidir. Bu proqram təminatından həm əməkdaşlarımız, həm biznes proseslərimiz, həm də şirkətimiz faydalanacaq. Beləliklə, bu biznes üçbucağında hər üç tərəf beynəlxalq təcrübəyə çıxış əldə edəcək. Həmçinin bütün biznes proseslər əvvəldən sona qədər bir sistemdə idarə olunacaq, bununla da “ucdan-uca” prinsipi ilə bütün proseslərin izlənilməsi mümkün olacaq.
Veysəloğlu Şirkətlər Qrupunun qarşısında dayanan əsas vəzifələrdən biri biznesin daha da inkişafı üçün yenilikləri tətbiq etməkdir və bu proses davamlı olaraq həyata keçiriləcəkdir. Bu yolda əməyi keçən bütün həmkarlarımıza təşəkkür edirik!