Novruz bayramı sevinci yaşatdıq!

Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün təcəssümü olan Novruz bayramı bu gün də milli-mənəvi dəyərlər və ənənələrlə keçirilir. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir.

Bu bayramı da xalqımızla birgə qeyd etdik. Novruz ərəfəsində Bakı və Bakı ətrafında yaşayan əhalinin həssas qruplarından olan nümayəndələrini, 225 Qarabağ qazisi, şəhid ailəsi və aztəminatlı ailəni ziyarət etdik, “Araz” supermarketlər şəbəkəsinin hədiyyə kartlarını təqdim etməklə onlara bayram sevinci yaşatdıq.

Veysəloğlu Şirkətlər Qrupu olaraq, yardımsevərliyin ümumi ictimai rifaha və cəmiyyətin bir-birinə mənəvi bağlılığının formalaşmasına müsbət təsir edəcəyinə inanır və bu məqsədlə korporativ sosial məsuliyyət layihəsi çərçivəsində əhəmiyyət kəsb edən addımlar atmağa davam edirik.