İT sektoruna dəyər qatan uğurlu layihə mükafatçılarından biri olduq!

Veysəloğlu Şirkətlər Qrupu İT sektoruna dəyər qatan uğurlu layihə mükafatçılarından biri olub.

Mükafat Türkiyənin aparıcı İT infrastruktur xidmətləri təminatçısı olan GlassHouse-un Müştəri Təcrübəsi Günündə iştirak edən Veysəloğlu Şirkətlər Qrupunun Rəqəmsal Transformasiya direktoru Özgür Kakmacıya təqdim olunub.

“Buludda SAP rəqəmsal transformasiya” mövzusu üzrə paneldə məruzəçi qismində yer alan Ö.Kakmacı sektorda istehsal və biznes proseslərinin SAP S/4HANA rəqəmsal platformasına keçirilməsi istiqamətində Şirkətlər Qrupunun təcrübəsini bölüşüb. Bildirib ki, “Veysəloğlu”da 2020-2025-ci illər ərzində davam edəcək SAP layihəsinin icrasına indiyə kimi 5 mln. manatdan çox vəsait yatırılıb. Qrupa daxil olan distribusiya şirkətində cari ilin yanvar ayından etibarən SAP S/4HANA platformasına keçid baş verib.