- Haqqımızda
- Fəaliyyətimiz
- İnvestor Münasibətləri
- Media
- Karyera
- Cəmiyyətə dəyər yaratmaq
- Tenderlər
- Əlaqə
© 2023 Veysəloğlu Şirkətlər Qrupu
Developed by Virtual Azerbaijan
Bu yaxınlarda Veysəloğlu Şirkətlər Qrupuna aid olan “Araz” supermarketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondunun “Batareyaları təhvil ver, təbiəti qoru” təşəbbüsünə qoşuldu. İşlənmiş batareyalar mağazalarda xüsusi qutularda toplanılır və sonra xüsusi qaydada məhv edilir.
https://www.youtube.com/watch?v=NEHvBv_Lz0Y
“Araz”da bu qutuları görüb, bu mövzunu araşdırdıq və öyrəndik ki, istifadəyə yararsız və ya işlənmiş batareyalar insanların və heyvanların sağlamlığı üçün təhlükə yaradır. Əgər batareyalar atılmasa, zəhərli maddələr insan orqanizminə daxil olaraq, müxtəlif xəstəliklər yarada bilir.
https://www.youtube.com/watch?v=BDGCV2o16PU
İşlənmiş batareyalar özündə zərərli maddələri saxlayır və onlar ümumi tullantılarla birgə atılarsa, batareyaların tərkibindəki ağır metallar torpağa və suya qarışaraq insanları və heyvanları zəhərləyə bilər. Bu da həm onların həyatına təhlükə yaradır, həm də bitki örtüyünü məhv edir.
https://www.youtube.com/watch?v=OXoZS52lito
Hazırda “Araz” və “Spar” marketlərin Bakı və Sumqayıtdakı 19 filialında batareya qutuları yerləşdirilib. Siz də bu təşəbbüsə qoşularaq insanların və təbiətin qayğısına qala bilərsiniz.
Aşağıda işlənmiş batareyaların tullanılması üçün nəzərdə tutulmuş qutuların yerləşdiyi marketlərin ünvanlarını nəzərinizə çatdırırıq:
Araz superstor
Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsi 18A
(Sabunçu xəstəxanasının yaxınlığı)
Araz superstor
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev 56 D
(“Qartal” heykəlinin yaxınlığı)
Araz superstor
Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi 5 K
(“Şüşəli” bazarın yaxınlığı)
Araz superstor
Yasamal rayonu, H.Cavid prospekti 17 (“Space” TV ilə üzbəüz)
Araz supermarket
Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novruz küçəsi 1
(“Ülvi” şadlıq sarayı ilə üzbəüz)
Araz superstor
Sumqayıt şəhəri 9-cu mkr., Ü.Hacıbəyli küçəsi 23 C
(“Şərq” bazarının yaxınlığı)
Araz superstor
Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2
(“20 Yanvar” metrostansiyasının yaxınlığı)
Araz superstor
Nərimanov rayonu, M.Qaşqay küçəsi, 917-ci məhəllə
(Neftçi İdman Sağlamlıq Mərkəzinin yaxınlığı)
Araz supermarket
Nərimanov rayonu, S.Rəhman küçəsi 41
(47 saylı orta məktəbin yaxınlığı)
Spar supermarket
Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, məhəllə 758
(“Koroğlu” parkının yaxınlığı)
Spar supermarket
Nəsimi rayonu, Cavadxan küçəsi, 3 mkr., 3005-ci məhəllə
(3-cü mkr. dairəsinin yaxınlığı)
Araz minimarket
Xətai rayonu, Babək prospekti 10 D
(“Babək plaza”nın yaxınlığı)
Araz superstor
Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi
(Masazır dairəsinin yaxınlığı)
Araz supermarket
Yasamal rayonu, İnşaatçılar prospekti 31
(Dövlət Statistika Komitəsinin yaxınlığı)
Araz supermarket
Nəsimi rayonu, Mərdanov qardaşları 137
(“Olimpik star”ın yaxınlığı)
Araz supermarket
Xətai rayonu, Zığ şossesi 8
(“Nargilə” kafesinin yaxınlığı)
Araz superstor
Nəsimi rayonu, Azadlıq prospekti 103
(ABŞ səfirliyinin yaxınlığı)
Araz ekspress
Nizami rayonu, R.Rüstəmov küçəsi 12 C
(“Neftçilər” metrostansiyasının yaxınlığı)
Araz minimarket
Nizami rayonu, Babək prospekti 64
(Sərhədçi İdman Olimpiya Mərkəzinin yaxınlığı)