“Məhsulun marketə gələnə kimi keçdiyi yol” mövzusunu “ASAN Radio”da müzakirə edəcəyik

Hər həftənin çərşənbə axşamı günü “ASAN Radio” ilə birgə təşəbbüsümüz olan “Yaxşı ki, dedin” verilişi efirə gedir.

Sizi 20 sentyabr saat 18:05-də yayımlanacaq Məhsulun marketə gələnə kimi keçdiyi yolmövzusunda verilişi dinləməyə dəvət edirik. Verilişin əsas qonağı Veysəloğlu Şirkətlər Qrupuna aid olan “Veysəloğlu Distribusiya” şirkətinin rəhbəri, satış və marketinq sahəsində beynəlxalq şirkətlərdə və xarici bazarlarda 20 ildən çox təcrübəyə malik Qabil Əhmədov olacaq. Digər qonaq qismində isə HORECA şirkətinin təsisçisi, “Ernst & Young” (EY) şirkətinin 2020-ci ildə təşkil etdiyi “İlin İş Adamı” müsabiqəsinin qalibi Rəşxan Qaraşlı iştirak edəcək.

Verilişin təkrarı cümə axşamı saat 14:05-də olacaq: https://www.youtube.com/shorts/ih8gcOJT39s

“Yaxşı ki, dedin” verilişini həmçinin Veysəloğlu Şirkətlər Qrupu və “ASAN Radio”nun rəsmi feysbuk səhifələrində izləyə və şərh bölməsinə suallarınızı ünvanlaya bilərsiniz.

Bu layihə cəmiyyətimizi və ekspert icmasını qida keyfiyyəti, tədarük zənciri, müştəri hüquqları, sağlam həyat tərzi mövzularında maarifləndirmək məqsədi daşıyır.