“Süd məhsulları haqqında doğrular və miflər” – “ASAN Radio”da dinləyin

“ASAN Radio” ilə birgə təşəbbüsümüz olan “Yaxşı ki, dedin” verilişinin 1 noyabr saat 18:05-də efirə gedəcək buraxılışının mövzusu belədir:Süd məhsulları haqqında doğrular və miflər”

Verilişin əsas qonağı Veysəloğlu Şirkətlər Qrupuna aid “OBA” marketlər şəbəkəsində keyfiyyətə nəzarət rəhbəri Vüsal Mahmudov olacaq. Digər qonaq qismində isə qida mühəndisi, süd məhsulları üzrə ekspert və konsultant Sənan İsgəndərov iştirak edəcək.

Verilişin təkrarı cümə axşamı saat 14:05-də olacaq: https://www.youtube.com/shorts/ih8gcOJT39s

“Yaxşı ki, dedin” verilişini həmçinin Veysəloğlu Şirkətlər Qrupu və “ASAN Radio”nun rəsmi feysbuk səhifələrində izləyə və şərh bölməsinə suallarınızı ünvanlaya bilərsiniz.

Bu layihə cəmiyyətimizi və ekspert icmasını qida keyfiyyəti, tədarük zənciri, müştəri hüquqları, sağlam həyat tərzi mövzularında maarifləndirmək məqsədi daşıyır.