“Müştəri hər zaman haqlıdırmı?” – “ASAN Radio”da dinləyin

“ASAN Radio” ilə birgə təşəbbüsümüz olan “Yaxşı ki, dedin” verilişinin 10 noyabr saat 18:05-də efirə gedəcək buraxılışının mövzusu belədir:Müştəri hər zaman haqlıdırmı?”

Verilişin əsas qonağı Veysəloğlu Şirkətlər Qrupuna aid “Araz” supermarketlər şəbəkəsində mağaza müdiri Amil Ağayev olacaq. Digər qonaq qismində isə marketinq sahəsində 10 ildən artıq təcrübəyə malik konsultant Fuad İbadov iştirak edəcək.

Verilişin təkrarı 11 noyabr saat 14:05-də olacaq: https://www.youtube.com/shorts/ih8gcOJT39s

“Yaxşı ki, dedin” verilişini həmçinin Veysəloğlu Şirkətlər Qrupu və “ASAN Radio”nun rəsmi feysbuk səhifələrində izləyə və şərh bölməsinə suallarınızı ünvanlaya bilərsiniz.

Bu layihə cəmiyyətimizi və ekspert icmasını qida keyfiyyəti, tədarük zənciri, müştəri hüquqları, sağlam həyat tərzi mövzularında maarifləndirmək məqsədi daşıyır.