“Marketdən bazarlıq: miflər və reallıqlar” – “ASAN Radio”da dinləyin

“ASAN Radio” ilə birgə təşəbbüsümüz olan “Yaxşı ki, dedin” verilişinin 22 noyabr saat 18:05-də efirə gedəcək buraxılışının mövzusu belədir: “Marketdən bazarlıq: miflər və reallıqlar”

Verilişin əsas qonağı Veysəloğlu Şirkətlər Qrupuna aid “Araz” supermarketlər şəbəkəsində mağaza müdiri Elvira Əminova olacaq. Digər qonaq qismində isə klinik psixoloq Anara Quliyeva iştirak edəcək.

Verilişin təkrarı cümə axşamı saat 14:05-də olacaq: https://www.youtube.com/shorts/ih8gcOJT39s

“Yaxşı ki, dedin” verilişini həmçinin Veysəloğlu Şirkətlər Qrupu və “ASAN Radio”nun rəsmi feysbuk səhifələrində izləyə və şərh bölməsinə suallarınızı ünvanlaya bilərsiniz.

Bu layihə cəmiyyətimizi və ekspert icmasını qida keyfiyyəti, tədarük zənciri, müştəri hüquqları, sağlam həyat tərzi mövzularında maarifləndirmək məqsədi daşıyır.