“Pərakəndə sektorunda qadınların karyera imkanları” – “ASAN Radio”da dinləyin

“ASAN Radio” ilə birgə təşəbbüsümüz olan “Yaxşı ki, dedin” verilişinin 13 dekabr saat 18:05-də efirə gedəcək buraxılışının mövzusu belədir: “Pərakəndə sektorunda qadınların karyera imkanları”

Verilişin əsas qonağı Veysəloğlu Şirkətlər Qrupuna aid “Araz” supermarketlər şəbəkəsində loyal kampaniyalar üzrə aparıcı mütəxəssis Aysel Aydın olacaq. Digər qonaq qismində isə nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsinin qalibi, sahibkar Afət Əhmədova iştirak edəcək.

Verilişin təkrarı cümə axşamı saat 14:05-də olacaq: https://www.youtube.com/shorts/ih8gcOJT39s

“Yaxşı ki, dedin” verilişini həmçinin Veysəloğlu Şirkətlər Qrupu və “ASAN Radio”nun rəsmi feysbuk səhifələrində izləyə və şərh bölməsinə suallarınızı ünvanlaya bilərsiniz.

Bu layihə cəmiyyətimizi və ekspert icmasını qida keyfiyyəti, tədarük zənciri, müştəri hüquqları, sağlam həyat tərzi mövzularında maarifləndirmək məqsədi daşıyır.