Ötən il 88,000 ton məhsulu tarladan marketə gətirdik

Veysəloğlu Şirkətlər Qrupu ötən il ərzində 88,000 tonluq meyvə-tərəvəz çeşidinin fermerlərdən alışını həyata keçirib. 100-dən çox əkin sahəsində isə fermerlərlə əməkdaşlıq imkanları müzakirə edilib. Əməkdaşlıq sayəsində məhsul əkini effektiv planlaşdırılıb və beləliklə, məhsul israfı minimuma endirilib.

Şirkətlər Qrupu eyni zamanda fermerlərə məhsulların düzgün qablaşdırılması və doğru şəraitdə daşınması ilə bağlı dəstək olub. Fermerlərlə əməkdaşlığın “qızıl qayda”sı isə məhsullarının satışı müqabilində ödənişlərinin vaxtı-vaxtında edilməsidir. Nəticədə yerli fermerlər öz məhsullarını daha geniş satış şəbəkəsinə birbaşa təqdim etmək fürsəti əldə ediblər.

Mingəçevir və Salyanda Veysəloğlu Şirkətlər Qrupuna məxsus yerli saxlama məntəqələri və həmçinin “Şəmkir Aqroparkı”nda xüsusi məhsul qəbulu məntəqəsinin mövcudluğu həmin regiondakı fermerlərin işini asanlaşdırıb. Belə ki, istehsalçıların vaxt və pul sərf edib Bakıya gəlməsinə ehtiyac qalmayıb, onlar məhsullarını satmaq üçün yaşadıqları ərazidə Şirkətlər Qrupuna təqdim edə biliblər. Beləliklə, Veysəloğlu Şirkətlər Qrupu həm “soyuq zəncir” standartları tətbiq edilməklə təbii meyvə-tərəvəzi “Araz” və “OBA” mağazalarında insanlara təqdim edib, həm də məhsulun istehsal və logistika prosesinə dəstək olub.

Veysəloğlu Şirkətlər Qrupu bu il də fermerlərlə ədalətli ticarət prinsiplərinə əsasən qurulan əməkdaşlığı davam etdirir. Qrup hazırda 120 fermerin məhsulunu öz mağazalarında müştərilərə təqdim edir. Alıcılar xüsusilə alma, armud, limon, pomidor, xiyar, badımcan, kartof, soğan, sarımsaq, kök, kələm, çuğundur növləri üzrə qiymət və yerli dad fərqini rahatlıqla anlaya bilərlər.

Veysəloğlu Şirkətlər Qrupu ilə əməkdaşlıq etmək istəyən fermerlər +994559002424 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Qrupun niyyəti müştəriləri mümkün uyğun qiymətə və təbii məhsullarla təmin etmək, həmçinin kiçik və orta təsərrüfat subyektlərinə dəstək olmaqdır.

Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.