Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat ianə etdik

Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürtdük. Bir daha bəyan edirik ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda dövlətimizin atdığı addımları dəstəkləyir və daim ordumuzun, xalqımızın yanındayıq.

Qeyd edək ki, Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin çağırışına Veysəloğlu Şirkətlər Qrupunun işçiləri də dərhal cavab verib. Hazırda qrupa daxil olan şirkətlərin yüzlərlə əməkdaşı səfərbər olaraq ordu sıralarında Vətənin müdafiəsindədir.