“Araz” supermarketlər şəbəkəsi
Pərakəndə

Pərakəndə satış bazarında inamla böyüyən "Araz" supermarketlər şəbəkəsi intellektual və peşəkar insan resurslarına malikdir. "Siz harada, "Araz" orada" şüarı ilə fəaliyyət göstərən şirkət 2011-ci ildən xalqımızın xidmətindədir.

Bütün Azərbaycanı əhatə etməyi hədəfləyən "Araz" supermarketlər şəbəkəsi 2011-ci ildə 4 filial ilə xidmətə başlamışdır.

Müştərilərin məmnuniyyətini və rəğbətini qazanaraq sürətli inkişaf yolunu seçən "Araz" supermarketlər şəbəkəsinin təkcə Bakı, Sumqayıt, Xırdalan şəhərlərində deyil, eləcə də Bərdə, Zaqatala, İmişli, Gəncə, Daşkəsən, Quba, Saatlı, Mingəçevir, Şəki və Şuşa şəhərlərində filialları vardır. "Araz" supermarketlər şəbəkəsi hazırda ölkəmizin bir çox ərazilərində 300-dən artıq marketi, 7000-dən artıq əməkdaşı və Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşən müasir logistik mərkəzi ilə hər gün 350 mindən artıq müştərisinə öz xidmətlərini təqdim edir. 

012 404 12 36
Bakı şəh., AGA Business Center, Xocalı pr. 55, 2-ci mərtəbə, AZ1025
https://www.arazmarket.az/