“OBA” marketlər şəbəkəsi
Pərakəndə

Azərbaycanın tanınmış marketlər şəbəkəsi olan “OBA Market” də Veysəloğlu Şirkətlər Qrupuna daxil olan şirkətlərdəndir. “OBA” ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışını həyata keçirir.

2016-cı ildə fəaliyyətə başlayan marketlər şəbəkəsinin əsas məqsədi yüksək keyfiyyətli gündəlik tələbat məhsullarını digər pərakəndə mağazalarından mümkün olan aşağı qiymətə müştərilərə təqdim etməkdir.

Əsas hədəflərindən biri alıcılara daha yaxın olmaq olan marketlər şəbəkəsi 5500-dən artıq əməkdaş heyətini özündə birləşdirən şəbəkə olaraq ölkəmizin əksər bölgələrində fəaliyyət göstərir. “Elimizin hər yanı, “OBA”mızın ünvanı” şüarı ilə fəaliyyət göstərən marketlər şəbəkəsinin mövcud mağazalarının sayı Bakı, Sumqayıt, digər şəhər və rayonlar da daxil olmaqla, ümumilikdə 1110 mağazanı aşmışdır.

“OBA” marketlər şəbəkəsi özünə aid özəl marka məhsulları ilə yanaşı, dünyanın tanınmış markalarının da məhsullarını öz rəflərində yerləşdirməklə məhsul çeşidlərinin müxtəlifliyini təmin edib. 

*2016
Bakı şəh., Hüseyn Cavid prospekti 202 D, AZ1141
https://oba.az/