“Ulduz” Şokolad Fabriki
İstehsalat

Qənnadı istehsalına yeni ləzzət və keyfiyyət gətirən milli brend

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan daha bir məşhur brend “Ulduz” Şokolad Fabrikidir. 2001-ci ildən fəaliyyətə başlayan “Ulduz” Şokolad Fabriki tez bir zamanda yerli bazarın sevimli qənnadı istehsalçısına çevrilərək “Milli brend” statusunu qazana bilib. 400 əməkdaş heyəti ilə 24/7 fəaliyyət göstərən “Ulduz” Şokolad Fabriki Qafqazda və Azərbaycan ərazisində ən iri və yüksək keyfiyyətli qənnadı məmulatı istehsalçılarındandır.

Qənnadı məmulatları və qida məhsulları sənayəsinə yeni keyfiyyət və dad gətirən, bir neçə istehsal xətti ilə fəaliyyət göstərən fabrik ən müasir standartlara cavab verən, ekoloji və gigiyenik baxımdan təmiz və təhlükəsiz şokoladlar, karamellər, draje məhsulları, vafli istehsal edir.

Fabrik bu gün dünyanın ən qabaqcıl müəssisələri ilə rəqabət apara biləcək imkana sahibdir. “Ulduz” markaları hazırda Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Litva, Estoniya, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Yəmən, İran, Malayziya, Fələstin, Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla, 20-dən artıq ölkəyə ixrac olunur.

Fabrik “İngilis Pərakəndəçilər Birliyi Standartı” və “Beynəlxalq Qida Standartı”nı alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, digər yerli və beynəlxalq qurumların da standartlarını (ISO 9001, ISO 22 000, Halal və BRC) qazanıb. “Ulduz” Şokolad Fabriki qida təhlükəsizliyi baxımından qlobal standartlara cavab verən BRC-nin ən yüksək dərəcəli “A” sertifikatını qazanmaqla respublikamızda ilkə imza atıb. Dünyanın ən çətin yoxlama sistemi olan BRC-nin ən yüksək dərəcəli “A” sertifikatını almaq üçün istənilən istehsalat müəssisəsi üç şərtə cavab verməlidir: qida təhlükəsizliyi, məhsulların yüksək keyfiyyəti və müəssisədəki bütün prosedurların Avropa Birliyi standartlarına uyğunluğu. Beynəlxalq Qida Təhlükəsizliyini əhatə edən bu sertifikatın verdiyi üstünlüklərdən biri də odur ki, fabrikin xaricdəki partnyorlar və müştərilər arasındakı güvən və qida təhlükəsizliyi üzrə etibarını təmin edərək, ixracatı təşviq edir.

012 447 40 11; 055 206 63 10
Bakı, Keşlə qəs. 2-ci Eninə 2, AZ1031
https://www.ulduz.com.az/