“Vesta-Horeka” distribusiya
Distribusiya

“Vesta-Horeka” distribusiya 2018-ci ilin may ayından fəaliyyətə başlayıb. Şirkət “horeka” və qida istehsalçıları sahəsində fəaliyyət göstərir.

“Horeka” müştəri növlərinə restoran, otel, kafe, fastfud və təhsil ocaqlarının yeməkxanaları daxildir və bu sektorda fəaliyyət göstərən müştərilərə xammal tədarükü edilir.

Qida müştəri növlərinə isə qənnadı, unlu məmulatlar, süd və dondurma istehsalçıları daxildir. Şirkət kərə yağı, bitki yağları, qatıq, quru və qatılaşdırılmış südlər, kakao, nişasta, qlükoza, ədviyyatlar və s. kimi xammal məhsullarının da satışını həyata keçirir.

Satışdan əlavə, şirkət fabriklərlə yanaşı, ölkəmizdə fəaliyyət göstərən qənnadı və şirniyyat müəssisələri üçün də mütamadi olaraq seminarlar təşkil edir. Seminarda dünyada olan yeniliklər müştərilərin diqqətinə çatdırılır. Bu təşəbbüsü həyata keçirməkdə əsas məqsəd qida sektorunda fəaliyyət göstərən istehsalçılara daha keyfiyyətli və ucuz xammal tədarükü etməkdir.

Şirkət “ROSHEN”, “EFKO KASKAD”, “SOLPRO”, “SOYUZSNAB”, “AMİLKO”, “ERCONPRODUCT”, “JUCTCHEM”, “SOLICO KALLEH”, “SLADKIY PIR”, “Zanetti”, “Soyyigit” kimi dünya brendləri ilə əməkdaşlıq edir.

“Vesta-Horeka”nın 50-dən çox əməkdaşı var.

012 514 30 30
Bakı şəh., Babək Plaza, A Bloku, 4-cü mərtəbə