“Veysəloğlu Distribusiya”
Distribusiya

“Veysəloğlu Distribusiya” fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb. 1997-ci ildən etibarən Türkiyədə ixracat və topdansatışla məşğul olan “Yaycılı Kardeşler” şirkətinin sahibi İshak Yaycılı ilə ortaqlıq təsis etdikdən sonra öz fəaliyyətini genişləndirən şirkət hazırda dünyanın bir çox tanınmış markalarının 4025 çeşiddə məhsulunun ölkə üzrə distribusiyasını həyata keçirir.

Azərbaycan bazarında 12 minə yaxın aktiv müştəri bazasına malik olan “Veysəloğlu Distribusiya” öz müştərilərinə yüksək keyfiyyətli və operativ satış xidməti göstərir. Şirkət 170-ə yaxın yerli və xarici istehsalçının məhsulları ilə yanaşı, özünə aid olan 40-dan artıq şəxsi markasının (Private Label-PL) da distribusiyasını həyata keçirir. “Veysəloğlu Distribusiya” Bakı şəhərini və regionları əhatə edən müasir anbar infrastrukturuna (4 əsas anbar, 6 icarə anbarı), 3 əsas ofis (Bakı, Mingəçevir, Salyan), 9 lokal ofis (Sumqayıt, Xaçmaz, Tovuz, Gəncə, Şəki, Göyçay, Bərdə, Sabirabad, Lənkəran) və 2300-dən artıq əməkdaş heyətinə malikdir.

“Veysəloğlu Distribusiya” peşəkar satış komandasından, təcrübəli marketoloqlardan, yerli və xarici universitetlərdə yüksək təhsil almış təcrübəli mütəxəssislərdən ibarət kollektiv ilə inkişafa doğru addımlayır.

012 514 30 30
Bakı şəh., Nizami ray., Keşlə qəs., 2-ci Eninə 2, AZ1031
https://Veyseloglu-distribution.az/