“VG”
Distribusiya

Qlobal bazarda da böyüməyi hədəfləyən Veysəloğlu Şirkətlər Qrupunun 2010-cu ildə Gürcüstanda "VG" (Veyseloglu Georgia) adlı ofisi fəaliyyətə başlayıb.

İlkin mərhələdə “VG” bölgələrə yönəlik topdansatış xidmətləri həyata keçirib. Son 3-4 il ərzində isə artıq “VG” Gürcüstanın bütün ərazilərini və bütün əsas satış nöqtələrini əhatə edir. Bu gün Gürcüstanda şirkətin 3500-dən çox satış nöqtəsi var. Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Hindistan və s. kimi müxtəlif ölkələrdən 30-dan çox istehsalçı ilə əməkdaşlıq edir.

Şirkətin Gürcüstanda 4 ofisi (Tbilisi, Qori, Kutaisi və Batumi) və 2 anbarı (Tbilisi və Kutaisi) mövcuddur. Bu gün şirkət Gürcüstan bazarında stabil, uğurlu və hər gün inkişaf edən şirkətə çevrilib.

“VG” əməkdaşlarına peşəkar şəkildə böyüyən rəqabətcil iş yeri təklif edir. Şirkətin missiyası Azərbaycanda olduğu kimi, Gürcüstanda da bazar lideri olmaqdır.

“VG”də təxminən 160 əməkdaş çalışır.

Gürcüstan, Tbilisi şəh., Avksent İsaakiani küç., #1
http://www.vg-company.ge