“Xonça” Fabriki
İstehsalat

2016-cı ildə fəaliyyətə başlayan “Xonça” Fabriki ölkənin şirniyyat sahəsində milli brenddir. Fabrikin hazırda “Araz” supermarketlər şəbəkəsinin 111 mağazasında bölməsi mövcuddur.

2019-cu ildə bütün məhsulların donmuş formada istehsalı, saxlanılması və satışına başlanılıb. Beləliklə, “Xonça” Fabriki bütün çörək, bulka və tort çeşidlərinin donmuş formada təminatı gücünə malik olub.

Fabrikin yaradılması şirkətin bütün satış sahələrində keyfiyyəti bir mərkəzdə birləşdirərək standart keyfiyyət və gigiyenanı təmin etmək məqsədi daşıyıb. Bu məqsəddən çıxış edərək marketlər daxilində məhsul istehsalı dayandırılıb, yalnız mərkəzləşmiş donmuş və bişmiş məhsul istehsalına nail olunub.

Fabrikin istehsal etdiyi məhsulların siyahısına müxtəlif növ ətirli çörəklər, bulkalar, Şərq və Avropa kulinariyasına məxsus tort və şirniyyatlar, paketli hazır məhsullar daxildir. Bundan əlavə, Azərbaycan bazarında ilk dəfə “Qlütensiz (gluten-free)” və “Milföy” məhsullarının istehsal edilərək satışa çıxarılması “Xonça” Fabrikinin adı ilə bağlıdır.

“Xonça” Fabrikindən donmuş yarımfabrikat olaraq təmin edilən məhsullar mağazada fermentasiya prosesini keçərək bişirilir və müştərilərə təqdim edilir.

“Xonça” Fabriki İsveçrənin Beynəlxalq Sertifikatlaşdırıcı orqanı SGS Ltd (https://www.sgs.com/en) tərəfindən qida təhlükəsizliyinin idarə edilməsi sistemi üzrə sertifikata (ISO 22000:2018) layiq görülüb. “Xonça” Fabrikində qida təhlükəsizliyi idarəetmə sistemi mayalı və mayasız un-qənnadı və çörək-bulka məmulatlarının, o cümlədən tortlar, milli şirniyyatlar istehsalı sahəsində tətbiq edilib.

Abşeron rayonu, Məmmədli qəsəbəsi, AZ0100
https://www.instagram.com/xoncha.bakery/?hl=en