“Sirab” mineral sular zavodu
Həmtəsisçisi olduğumuz şirkət

“Sirab” mineral sular zavodu 1950-ci ildən fəaliyyət göstərir. Hazırda zavod 7 texnoloji xətt quraşdırılmış 4 sex və 200 əməkdaşı ilə xalqımızın xidmətindədir. “Hər damlasında həyat var…” şüarı ilə zavodda 8 çeşiddə qazlı, 13 çeşiddə qazsız mineral suları olmaqla, ümumilikdə 21 çeşiddə məhsul istehsal olunur. Azərbaycanın bütün bölgələrinə çatdırılması və satışı mövcuddur. Ölkənin ən qabaqcıl mineral su ixrac edən şirkətlərindən olan “Sirab” mineral sular zavodu əsasən Rusiya, Belarus, Ukrayna, Türkiyə, İran, Çin, ABŞ, Baltikyanı ölkələrə ixracatı həyata keçirir.

Zavodun əsas missiyası istehsal sahəsini genişləndirmək, Avropa bazarına daxil olmaq, ixrac həcmini daha da artırmaq, markanı beynəlxalq səviyyədə dad və keyfiyyətinə görə tanıtmaqdır. “Sirab” mineral sularının əsas özəllikləri həm müalicəvi, həm də süfrə suyu olması, dad, keyfiyyət, tərkibindəki mineralların və ümumilikdə istehsal prosesinin ISO standartlarına, keyfiyyəti idarəetmə sisteminin tələblərinə tam uyğun olması (ISO 9001:2015 və ISO 22000:2005 sertifikatları), müxtəlif sərgilərdə dadına və keyfiyyətinə görə aldığı mükafatlar (beynəlxalq səviyyədə 5 qızıl medal və s.), ixrac olunduğu ölkələrin say çoxluğu və ixrac həcmi, eləcə də suların dəniz səviyyəsindən 1250 metr yüksəklikdə yerləşən, 250 metr dərinliyinlikdə olan quyulardan əl dəymədən çıxması və qablaşdırılmasıdır.

+(994-36) 541 81 13
Naxçıvan MR, Babək rayonu, Sirab kəndi, AZ 6721
https://www.sirab.az/