“Entree Azərbaycan”
Həmtəsisçisi olduğumuz şirkət

“Entrée” şirkəti ilk dəfə Gürcüstanda fəaliyyətə başlayıb. Həmçinin İngiltərədə (London) 2021-ci ildə filialının açılışı olub. “Entree Azərbaycan” Bakıda 2014-cü ildən fəaliyyət göstərir. 6 filialı və 90-a yaxın əməkdaşı ilə xalqımızın xidmətindədir.

Xammal əsasən Fransa və Gürcüstandan gətirilir.

Sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində öz işçiləri vasitəsilə çatdırılmanı təşkil edib. Markanı xüsusi edən faktorlara məhsulların hazırlanma qaydası, istifadə olunan xammal və yeməklərin növbəti günə saxlanılmaması daxildir.

“Entree Azərbaycan”ın əsas hədəfi ictimai iaşə sahəsində ölkə bazarında üstün mövqelərə sahib olmaqdır. Missiyası sağlam qidalanmanı təbliğ etmək, müştəriləri yüksək keyfiyyətli qida məhsulları ilə təmin etməkdir. Marka əsasən sağlam həyat tərzini təbliğ etdiyindən, məkanlarında siqaretçəkmə üçün yerlər mövcud deyil. Markanın fəlsəfəsi yüksək keyfiyyətli mal istehsalına və yüksək miqdarda tədarükə əsaslanıb. “Entree Azərbaycan”ın texnologiyası sənətkar texnologiyasıdır. Sənət səviyyəsində qurulan məkanda bütün detallar bir-biri ilə əlaqəlidir və yüksək standartların birliyini təşkil edir.   

055 505 95 91
Marine Plaza, 12-ci mərtəbə, Üzeyir Hacıbəyov küçəsi, 62, AZ1095
https://www.instagram.com/entree_az/