Cəmiyyətə dəyər yaratmaq

Veysəloğlu Şirkətlər Qrupunun tətbiq etdiyi cəmiyyətə dəyər yaratmaq strategiyasının məqsədi dayanıqlı inkişaf və ümumi rifah naminə Azərbaycan ictimaiyyəti və Veysəloğlu Şirkətlər Qrupunun bütün maraq qrupları üçün ortaq dəyərlər yaratmaq və inkişaf etdirməkdir.

Təhsilə dəstək

Təhsilin cəmiyyəti aydınlığa doğru aparan yeganə yol olduğunu düşünürük və bunun üçün vətəndaşların və tərəfdaşlarımızın təhsillə bağlı addım və layihələrini öz dəyərlərimiz və prinsiplərimizə uyğun şəkildə dəstəkləyirik. Bu fəaliyyət çərçivəsində ölkəmizin regionlarında yaşayan abituriyentlərin ali təhsil müəssisələrinə qəbul olunmaları üçün hazırlıq prosesini təmin edir, eyni zamanda əməkdaşlarımızın yüksək bal toplayan övladlarına aylıq tələbə təqaüdü veririk.

İdmana dəstək
Xeyriyyəçilik

Yardımsevərliyin ümumi ictimai rifaha və cəmiyyətin bir-birinə mənəvi bağlılığının formalaşmasına müsbət təsir edəcəyinə inanır və bu məqsədlə  əhəmiyyət kəsb edən addımlar atırıq: Ən çox qayğıya ehtiyacı olan uşaqların yaşadıqları məkanlara olaraq ziyarətlər təşkil edilir, ehtiyac olanların bayram sovqatını hazırlamağı unutmuruq.

Vətənsevərlik

Veysəloğlu Şirkətlər Qrupu sosial məsuliyyətli və vətənpərvər bir korporativ “vətəndaş”dır, bunun üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin ailələrinə və qazilərə xüsusi hörmətlə yanaşır. 24 Qarabağ qazisinə, veteranına, şəhid ailəsinə aylıq maddi yardım göstəririk, bayramlar və əlamətdar günlərdə 170-dən çox ailəyə sovqat çatdırırıq. Bundan başqa, ölkəmiqyaslı çətinliklər zamanı da cəbhə xəttində şücaət göstərən ordumuzun yanında olduq və bununla qürur duyuruq!