share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp
Könül Kərimova

Könül Kərimova

Qrup CEO-nun Maliyyə və İnzibati İdarəetmə üzrə müavini - İcra Komitəsinin üzvü

Könül Kərimova hazırda Veysəloğlu Şirkətlər Qrupunda Qrup CFO və İcra Komitəsinin Üzvü vəzifəsində çalışır.

2022–2024-cü illərdə Veysəloğlu Şirkətlər Qrupuna məxsus “OBA” Marketlər Şəbəkəsində Maliyyə üzrə İdarə Heyətinin üzvü olmuş, bu dövrdə şirkətin maliyyə strategiyasının yenidən qurulması və gəlirliliyin artırılması yönündə layihələrə rəhbərlik edib.

Könül Kərimova daha öncə “Colgate-Palmolive” və “Philip Morris” kimi beynəlxalq şirkətlərin Azərbaycan və Ukrayna nümayəndəliklərində, eləcə də “Azertelecom”, “Azerconnect”, “CityNet”, “Azerfon” və “Landmark Hotel” kimi yerli şirkətlərdə maliyyə və əməliyyatlar üzrə rəhbər mövqelərdə çalışıb. Onun təcrübəsi həm dinamik böyümə dövrünün idarə edilməsi, həm də restrukturizasiya və dayanıqlı idarəetmə modellərinin tətbiqi ilə seçilir.

O, Azərbaycan Dövlət Dillər Universitetində “Rus dili və ədəbiyyatı” üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində isə “Maliyyə və kredit” üzrə magistr dərəcəsi alıb.