Logistka Mərkəzi gündəlik tələbat məhsullarını minimal xərclə pərakəndə satış nöqtələrinə çatdırılmasını təmin edir.
Bu mərkəz Şirkətlər Qrupuna daxil olan şirkətlərin logistika xidmətlərinə ehtiyacının təmin edilməsi məqsədilə inşa edilmişdir.
İnvestisiya
Mərkəzin əməliyyatlar üçün tam hazır vəziyyətə gətirilməsinə ümumilikdə 55 milyon manat investisiya yatırımı edilmişdir.
Sərmayənin 10 milyon manatlıq hissəsi Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu, digər hissəsi isə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Almaniya İnvestisiya Fondu (DEG), PaşaBank və Veysəloğlu Şirkətlər Qrupunun öz vəsaiti hesabına maliyyələşdirilmişdir.
Əsas göstəricilər
Distribusiya Mərkəzinin ümumi sahəsi 44,000 m2-dir. Mərkəzdə 2000-dən artıq əməkdaş çalışır.
Layihənin icrasında əsas məqsəd əhalinin aztəminatlı hissəsinə ərzaq və digər gündəlik tələbat məhsullarının keyfiyyətli və mümkün olan aşağı qiymətlərlə təqdimatı, yeni iş yerlərinin açılması və pərakəndə sektorun inkişafını təmin edən marketlər şəbəkəsinin yaradılmasıdır.
İnvestisiya
2016-cı ildə marketlər şəbəkəsinin yaradılmasına 24 milyon manat ilkin investisiya yatırımı olmuşdur. İnvestisiyanın 10 milyon manatlıq hissəsi Paşa Bankın dəstəyilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən, digər hissəsi Veysəloğlu Şirkətlər Qrupu tərəfindən daxili vəsait hesabına maliyyələşdirilmişdir.
Əsas göstəricilər
2016-cı ildə fəaliyyətə başlamış marketlər şəbəkəsi uğurlu fəaliyyəti və inkişafı nəticəsində böyüyərək hazırda ölkə ərazisində market sayı 1170-i ötmüşdür.
Marketlər şəbəkəsində hazırda 5,800-dən artıq əməkdaş çalışır.
“Ulduz” Şokolad Fabriki 2001-ci ildən etibarən yeni istehsal xətlərinin yaradılması, ümumi istehsal həcminin və çeşidliliyin artırılması, artan tələbata uyğun olaraq daha keyfiyyətli məhsul satışının təmin edilməsini həyata keçirmişdir.
İnvestisiya
Layihənin icrasına 22 milyon manat investisiya yatırılmışdır. Layihənin maliyyələşdirilməsi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilmişdir.
Əsas göstəricilər
Layihənin icrası nəticəsində yeni moğul, pralin, karamel və vafli istehsal xətləri fəaliyyətə başlamışdır və fabrikin ümumi istehsal həcmini illik 15,000 ton olaraq artırmışdır.
Bu layihə ilə “Ulduz” Şokalad Fabriki istehsal xətti sayını 8-ə çatdırmışdır.
Layihənin icrasında əsas məqsəd müasir Avropa avadanlıqları ilə təchiz edilmiş istehsal infrastrukturunun qurulması və əhalinin sağlam, dadlı və keyfiyyətli qida məhsulları ilə təmin edilməsidir.
İnvestisiya
“Xonça” İstehsalat layihəsinin icrasına 2019-cu ildə 16 milyon manatlıq investisiya qoyulmuşdur. Bu layihə PaşaBankdan cəlb edilmiş maliyyə və Veysəloğlu Şirkətlər Qrupunun öz maliyyə vəsaitləri hesabına həyata keçirilmişdir.
Əsas göstəricilər
İstehsalat binasının ümumi sahəsi 6,234 m2-dir.
İllik istehsal həcmi 14,253 ton təşkil edir.
“Entree Azərbaycan” Bakıda 2014-cü ildən fəaliyyət göstərir. Əsas hədəfi ictimai iaşə sahəsində ölkə bazarında üstün mövqelərə sahib olmaqdır. Missiyası sağlam qidalanmanı təbliğ etmək, müştəriləri yüksək keyfiyyətli qida məhsulları ilə təmin etməkdir.
İnvestisiya
Layihənin icrasına 2,3 milyon manat sərmayə yatırılmışdır. Ümumi sərmayənin təxminən 1 milyon manatlıq hissəsi Veysəloğlu Şirkətlər Qrupunun vəsaiti hesabına maliyyələşdirilmişdir.
Əsas göstəricilər
“Entrée” ilk dəfə Gürcüstanda fəaliyyətə başlayıb. 2021-ci ildə İngiltərədə (London) filialının açılışı olub. 6 filialı və 90-a yaxın əməkdaşı ilə xalqımızın xidmətindədir.
Abşeron rayonunun Məmmədli qəsəbəsində yerləşən Soyuq Logistika Mərkəzi dondurulmuş və təzə ət, süd məhsulları, eləcə də meyvə-tərəvəzin müasir standartlara uyğun şəraitdə saxlanılması üçün nəzərdə tutulub.
Mərkəzin yaradılmasında əsas məqsəd “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi və “Veysəloğlu Distribusiya” şirkəti vasitəsilə müştərilərə təqdim edilən məhsulların təzəliyini və keyfiyyətini bütün təchizat zənciri boyunca qorumaqdır.
İnvestisiya
Ümumi sahəsi 11 000 kvadratmetr olan Soyuq Logistika Mərkəzinin yaradılmasına 24 milyon manat investisiya yatırılıb. Layihə Azərbaycan Beynəlxalq Bankının (ABB) maliyyə dəstəyi ilə həyata keçirilib.
Məhsulların tələb olunan temperatur rejimində və yüksək keyfiyyətlə çatdırılması, eyni zamanda logistika marşrutlarının optimallaşdırılması məqsədilə 35 ədəd ikili temperatur rejiminə malik yük avtomobili də alınıb.
Əsas göstəricilər
Həftənin 7 günü fəaliyyət göstərən müasir logistika mərkəzi 5 000 mağazaya xidmət göstərmək imkanına malikdir. Mərkəzin istifadəyə verilməsi ilə 600 nəfər üçün yeni iş imkanı yaradılıb. Burada tətbiq olunan müasir saxlama və daşınma həlləri məhsulların keyfiyyətinin, təhlükəsizliyinin və təzəliyinin qorunmasına xidmət edir.