share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp

Anlıq mükafatlandırma

Veysəloğlu Şirkətlər Qrupu olaraq, təşkilati dəyərlərimizi gücləndirən və fəaliyyətlərimizə real töhfələr verən təşəbbüsləri və nümunəvi davranışları yüksək qiymətləndiririk. Əməkdaşlarımızın nümayiş etdirdiyi yenilikçi və nümunəvi təşəbbüslər Şirkətlər Qrupumuzun davamlı inkişafına əhəmiyyətli dərəcədə xidmət edir. Təşəbbüslər öz təsir dairəsinə müvafiq olaraq “Qızıl İş”, “Gümüş İş” və “Bürünc İş” kateqoriyaları üzrə mükafatlandırılır. Hər bir təşəbbüs eyni zamanda Ədalətlilik, Təşəbbüskarlıq, Məsuliyyət, Etibarlılıq və Birlik və Bütünlük kimi əsas dəyərlərimizin daha da möhkəmlənməsinə töhfə verir.  Anlıq mükafatlandırma siyasətimiz, əməkdaşlarımızın göstərdikləri yüksək nəticələri və müsbət davranışları dərhal qiymətləndirərək təşviq etmək məqsədilə, 2023-cü ilin iyun ayından etibarən tətbiq edilməyə başlanmışdır.

Statistika

377

Ümumi

28

Qızıl İş

198

Gümüş İş

151

Bürünc İş