Maqsud Orucov bakalavrı Azərbaycan Dövlət Aqrar Universitetində Marketinq, Türkiyənin İstanbul Universitetində isə MBA təhsilini almışdır.
İş təcrübəsinə 2008-ci ildə Azərsun Holdinqdə İnsan Resursları mütəxəssisi kimi başlamış, daha sonra təcrübəsini Gilan Holdinq, Hidro Group, Avrora, Delta Group, ATS Group, 166 Şirkətlər Qrupunda müvafiq olaraq menecer, İR direktoru, Qrup CHRO, CEO müavini (biznes istiqaməti üzrə) vəzifələrini icra etmişdir.
Maqsud Orucov uzun illər Veysəloğlu Qrupa daxil olan Ulduz şokolad fabriki, Araz market, Veysəloğlu Distribusiya, Mərkəz struktur və son olaraqda 2023-cü ildən etibarən OBA marketlər şəbəkəsində İnsan Resursları və Dəstək Xidmətləri Direktoru, İdarə Heyətinin üzvü vəzifəsini icra edir. O, İnsan Resursları, Təchizat, Keyfiyyətə Nəzarət, SƏTƏM, İnzibati işlər, Hüquq strukturlarını idarə edir.
Ailəlidir, iki övladı var.